RSS
ana səhifə   azerooBlog   bloglara bax   blog qur
1 2 3 4 5   
Sizin exotic istirahetiniz uchun

Narın faydalarını bilirsinizmi?
Tibbdə narın demək olar ki,hər hissəsindən istifadə edilir.Biz narı daha çox qan artıran məhsul kimi tanıyırıq.Bundan başqa nar həm də hipertoniya zamanı qan təzyiqini normallaşdırır.


Nar şirəsi iltihab əleyhinə təsir göstərir.

Məsələn: diş iltihabı və larinqit zamanı,həmçinin yanıqlarda.

Yanıq zamanı

suyla qarışdırılmış nar şirəsini yanmış hissəyə tökürlər.Daha sonra talk tökürlər.Bundan sonra dəridə qabıq əmələ gəlir ki,nəticədə sağalma sürətlənir.

Mədə-bağırsaq sistemində

şirin narlar təyin edilir.Mədə ağrısı və böyrək koliklərində faydalıdır.

Şəkər xəstəliyində

turş nar şirəsi tövsiyyə edilir.Bu növ narlardan aşağı turşuluqlu qastritlərdə də istifadə etmək faydalıdır.Bu halda 0.5-1 stəkan nar şirəsinə 1 x.q. bal əlavə edib gündə 3 dəfə qəbul etmək lazımdır.

Bronxial astmada

angina,respirator infeksiyalarda çox faydalıdır.

Kimlərə nar zərərlidir?

Mədə xorasında və yuksək turşuluqlu qastritlərdə əks göstərişdir.Həddindən çox nar qəbulu intoksikasiyaya səbəb ola bilər.Nəticədə baş hərlənmə,qıcolma,ümumi zəifləmə,görmənin zəifləməsi,ürək bulanma,qusma baş verə bilər.

Narın kosmetologiyada istifadəsi.

Müalicəvi əhəmiyyətindən başqa nar çox gözəl kosmetik vasitədir.Narın şirəsi yağlı saçların baxımı üçün faydalıdır.Bunun üçün bir ədəd narın şirəsini,1 ç.q.bal,1 ç.q.yerkökü şirəsi,1 stəkan az faizli spirt yaxşıca qarışdırılır.Qapalı qabda 10 gün qaranlıq yerdə saxlanıldıqdan sonrasaçları bu losyonla isladıb dəsmalla bağlamaq lazımdır.20-30 dəqiqə sonra saçları yumşaldıcı şampunla yumaq,sonda 1 x.q sirkə,1 ç.q.limon turşusu əlavə edilmiş su ilə yaxalamaq lazımdır.Bunu bir ay davam etdirmək yaxşı təsir göstərir.

Üz dərisinə qulluq üçün 1 ç.q.nar şirəsi 1 ç.q. xama ilə qarışdırılır.10-15 dəqiqəlik üzə çəkilir.Sonra ilıq su ilı yuyulur.Bütün dərilər üçün xeyirlidir.Nar həm də ağardıcı təsirinə görə ləkələrin çıxarılmasında istifadə edilir.Quruducu,dartıcı,iltihab əleyhinı təsiri var.

Narı necə seçmək lazımdır?

Narı seçərkən iri parlaq ağır meyvələr seçilməlidir.Onların yarığıolmamalıdır və sonluqları şabalıdı rəngdə olmalıdır.

Narın saxlanması.

Yaxşı narı sərin,quru ,havalı yerdə 1-2 ay saxlamaq olar.Daha çox saxlamaq üçünsə narı paketlərə qoyub dondurmaq lazımdır.












Etiketler : nar,saqlamliq
tarix : 09/05/2009

Şerhler

Şerh yaz

Adınız
Email
Başlıq
Şerhiniz

Haqqımda
Şəkil albomlarım
Exotica

Tarix 09-05-2009

alboma bax

Dostlarım

welcomeeee

denka

onlywolf

mehrac86
ana səhifə   azerooBlog   bloglara bax   blog qur